525.Az

Slovakiya baş naziri Azərbaycandadır


 

Slovakiya baş naziri Azərbaycandadır<b style="color:red"></b>

Slovakiyanın Baş naziri Peter Pelleqrini noyabrın 12-də Azərbaycana rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Slovakiya Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Hərbi orkestrin ifasında Slovakiyanın və Azərbaycanın dövlət himnləri səslənib.

Slovakiyanın Baş naziri Peter Pelleqrinini hava limanında Baş nazirin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

 





12.11.2018    çap et  çap et