525.Az

Azay Quliyev 17 min tələbənin problemini həll etdi


 

Azay Quliyev 17 min tələbənin problemini həll etdi <b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə Türkiyədə səfərdə olub və həmin ölkənin daxili işlər naziri Süleyman Soylu ilə görüşüb. 

Görüşdə bir çox məsələlər müzakirə olunub, hər iki ölkənin QHT-lərinin gələcək əməkdaşlığını nəzərdə tutan Əməşdalıq Memorandumu imzalanıb.

Bundan başqa, həmin görüşdə daha bir problem- Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün uzun müddət həll olunmamış qalan, TR Miqrasiya Baş İdarəsi ilə bağlı qarşılaşdıqları problem həllini tapıb.

Bu haqda Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil Müşavirliyi məlumat verib.

Məlumatda bildirilir ki, hər zaman tələbələrimizə diqqət göstərən, A.Quliyev bu dəfə də onların problemlərinə bu dəfə də ciddi yanaşaraq, Türkiyədə təhsil alan tələbələrimizin ( 79 vilayətdə 17.000-dən çox tələbə) TC Miqrasiya Baş İdarəsi ilə bağlı qarşılaşdıqları problemləri TC Daxili İşlər naziri Süleyman Soylunun diqqətinə çatdırıb.

Görüşün nəticəsində S.Soylu qeyd olunan məsələ ilə bağlı TR Miqrasiya Baş İdarəsinin rəisi cənab Abdullah Ayaza göstəriş verib.

“Azərbaycanın gələcəyi olan gənclərimizə göstərmiş olduğu sevgiyə görə A.Quliyevə Türkiyədə təhsil alan tələbələrimiz adından təşəkkür edirik”,- deyə, qeyd olunan məlumatda tələbələrə qarşılaşdıqları problemlərlə bağlı Müşavirliyə məlumat vermələri istənilib.

 





12.11.2018    çap et  çap et