525.Az

Mənəvi Dəyərlərin Təbliği Fondu müsabiqə elan etdi


 

Mənəvi Dəyərlərin Təbliği Fondu müsabiqə elan etdi<b style="color:red"></b>

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu “Media və mənəvi dəyərlər” mövzusunda məqalə müsabiqəsi elan edib.

Fonddan verilən məlumata görə, müsabiqəyə mənəvi dəyərlərin təbliği, qorunması, inkişafi, eləcə də azərbaycançılıq ideologiyası ilə bağlı məqalələr göndərilə bilər. Eyni zamanda ulu öndər Heydər Əliyevvə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mənəvi dəyərlərin qorunması və inkişafı sahəsindəki siyasətini işıqlandıran məqalələr də qəbul olunur.

Məqalə innovativ və əhatəli olmalı, müsabiqə elan olunduqdan sonra, qəzet və ya elektron internet portallarında dərc edilməli, məqalənin həcmi 8 000 işarədən artıq olmamalı (1,5 aralıq məsafə ilə, təxmiən, 3-4 A4 formatlı vərəq həcmində), yazılar qəzetdə dərc edilərsə, A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) və 1 nüsxə qəzet şəklində Fonda təqdim olunmalı, elektron portalda dərc edilərsə, A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) çap olunmalı və link əlavə edilərək Fonda təqdim edilməlidir.

Mükafat:

I yer  -  400 AZN  (1 nəfər)

II yer -  300 AZN  (2 nəfər)

III  yer – 200 AZN (3 nəfər)

Hər biri 100 AZN olmaqla 5 həvəsləndirici mükafat

Müsabiqənin müddəti oktyabrın 22-dən noyabrın 22-dəkdir.

Tel: (012) 464-92-53

E-mail: [email protected]

Bakı şəhəri, Ə.Cavad küç. 16; Bakı şəhəri, Tblisi pr. 35 (ASK Plaza 4-cü mərtəbə).

 





13.11.2018    çap et  çap et