525.Az

Lionda Azərbaycanın Dövlət Bayrağı günü


 

Lionda Azərbaycanın Dövlət Bayrağı günü<b style="color:red"></b>

Noyabrın 9-da Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayevin dəstəyi ilə Fransanın Lion şəhərinin 6-cı rayonunun meriyasında Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının rəsmi təqdimat gecəsi və Etibar Əsədlinin caz-muğam konserti keçirilib.

Tədbiri Lion şəhərinin 6-cı rayonunun mədəniyyət məsələləri üzrə müşaviri Mari-Jozef Barni dö Romane açaraq Azərbaycan haqqında qısa məlumat verib, ilk dəfə olaraq meriya binasında Azərbaycanı təmsil edən cazz-muğam konsertinin keçirilməsinin təşkilində iştirak etdiyi üçün çox məmnun olduğunu söyləyib.

Daha sonra tədbirdə, Azərbaycan Respublikasının Fransadakı səlahiyyətli səfirini təmsil edən Vaqif Ağayev çıxış edib.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi barəsində, Azərbaycan mədəniyyətinin qorunmasında və dünyada tanınmasında Heydər Əliyev Fondunun müstəsna işindən danışaraq muğam sənəti barədə məlumat verib.

Daha sonra Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının sədri Günel Səfərova tədbir iştirakçılarını salamlayaraq assosiasiyanın 2018-ci ilin may ayında yaranmasına baxmayaraq qısa müddətdə görülən işlərdən tədbir iştirakçılarına məlumat verib. Assosiasiyanın əsas məqsədinin Azərbaycanı, Fransanın regional rəsmi idarəetmə orqanları ilə birlikdə müştərək layihələr həyata keçirərək tanıtmaq olmasını vurğulayıb. Eyni zamanda, Azərbaycanın Dövlət Bayrağı Gününün 100 illiyindən və Azərbaycan mədəniyətinin zənginliyindən söz açıb.

Tədbirdə, həmçinin, Azərbaycan Respublikasının Fransadakı səfirliyinin əməkdaşları, Türkiyənin Lion şəhərindəki Baş Konsulu, Montenegro, Çexiya və Danimarkanın fəxri konsulları, habelə Lion şəhərin sakinləri, fransız ictimai-siyasi xadimlər iştirak ediblər.

Tədbirə olan yüksək maraqla qarşılaşan Mari-Jozef Barni dö Romane bundan sonra Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının tədbirlərinə daha da yaxından dəstək verəcəklərini bildirib.

 





13.11.2018    çap et  çap et