525.Az

Milli Kitabxanada Konstitusiya Gününə aid sərgi açıldı


 

Milli Kitabxanada Konstitusiya Gününə aid sərgi açıldı <b style="color:red"></b>

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "12 noyabr - Konstitusiya Günüdür" adlı geniş tərtibatda kitab sərgisi təşkil edilib.

Milli Kitabxanadan bildirilib ki, sərgidə azərbaycançılıq, dövlətçiliyimiz, dövlət atributlarımız və müstəqilliyimiz haqqında Azərbaycan və xarici dillərdə nəşr olunmuş 250-yə yaxın kitab və dövri mətbuat materialları sərgilənir.

Sərgi bir həftə davam edəcək.

ŞAHANƏ

 





13.11.2018    çap et  çap et