525.Az

Komanda-qərargah hərb oyunları davam edir


 

Komanda-qərargah hərb oyunları davam edir <b style="color:red"></b>

Azərbaycan Ordusunun hazırlıq planına əsasən keçirilən komanda-qərargah hərb oyunları davam edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüşü idarəetmə mərkəzində keçirilən növbəti toplantıda tapşırıqlar dəqiqləşdirilib və taktiki müdaxilələr üzrə fəaliyyətlər icra olunub.

Birbaşa videobağlantı vasitəsilə birlik və birləşmələrin vəzifəli şəxslərinin tapşırıqların icrasına dair məruzələri dinlənilib və onlara yeni tapşırıqlar çatdırılıb.

 





13.11.2018    çap et  çap et