525.Az

Avropa İttifaqından İrana dəstək


 

Avropa İttifaqından İrana dəstək <b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) İranda işləyən şirkətlər üçün ABŞ sanksiyalarının nəticələrini minimuma endirmək üzərində işləyir.

Bu barədə Trend-ə Aİ-dən deyiblər.

Məlumatda qeyd olunur ki, Aİ əvvəlki kimi İranla əldə olunmuş nüvə sazişinə sadiqdir, beynəlxalq sazişlərə və beynəlxalq təhlükəsizlik prinsiplərinə hörmət əlaməti olaraq İrandan da bununla bağlı konstruktiv addımlar gözləyir:

“Sazişin qorunması üçün Aİ konkret tədbirləri davam etdirir. Biz İranda qanuni bizneslərini davam etdirmək niyyətində olan şirkətlər üçün sanksiyaların nəticələrinin minimuma endirilməsi üzərində işləyirik”.

Bundan başqa, Aİ-dən bildiriblər ki, üzv ölkələrlə və digər tərəfdaşlarla birgə Aİ İranla iqtisadiyyatın əsas sektorlarında, xüsusilə də bank, maliyyə, ticarət, investisiya, neft və nəqliyyat sahələrində əməkdaşlığın dəstəklənməsi üçün addımlar atır:

“Avqustun 23-də Avropa Komissiyası İrana 18 milyon avro həcmində dəstək paketini təsdiq edib”.

 





14.11.2018    çap et  çap et