525.Az

“Sumqayıt”da yeni baş məşqçi


 

“Sumqayıt”da yeni baş məşqçi<b style="color:red"></b>

"Sumqayıt" futbol klubunun yeni baş məqçisi məlum olub.

525.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ayxan Abbasov "Sumqayıt" FK-nın baş məşqçisi təyin olunub. Mütəxəssislə 2019/2020 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

A.Abbasov futbolçu karyerası dövründə "Xəzri Buzovna", "Şəfa Bakı", MOİK, "Turan Tovuz" və "Qarabağ" kimi klubların şərəfini qoruyub. Məşqçilik karyerasına 2015-ci ildə "Zirə"nin əvəzedicilərində başlayan mütəxəssis 2016-cı ilin yanvarından əsas komandanın sükanı arxasına keçib.

Onun rəhbərliyi altında sözügedən klub 2016/17 mövsümünü 4-cü pillədə tamamlayıb və Avropa Liqasına vəsiqə qazanıb (6 qələbə, 6 heç-heçə, 2 məğlubiyyət). Ayxan Abbasov 2017/2018 mövsümündə də "Zirə" ilə mövsümü 4-cü pillədə tamamlayıb (12 qələbə, 8 heç-heçə, 8 məğlubiyyət).

 





14.11.2018    çap et  çap et