525.Az

Ramin Quluzadə Bərdədə vətəndaşlarla görüşəcək


 

Ramin Quluzadə Bərdədə vətəndaşlarla görüşəcək<b style="color:red"></b>

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə noyabrın 16-da, saat 12:30-da Bərdədə vətəndaş qəbulu keçirəcək.

Nazirlikdən verilən məlumata görə, görüşdə Bərdə, Yevlax, Tərtər və Ağdam rayonlarının sakinləri iştirak edə bilərlər.

Nazir göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən, internet, televiziya və radio yayımı və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərini qəbul edəcək.

Vətəndaşlardan "mincom@ mincom.gov.az" elektron poçt ünvanı, 1655 "Çağrı Mərkəzi", 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

C.ABASOV

 





14.11.2018    çap et  çap et