525.Az

Kitabxanaların nəzdində “Ailə Klub”ları yaradıla bilər


 

Kitabxanaların nəzdində “Ailə Klub”ları yaradıla bilər<b style="color:red"></b>

Azərbaycanda kitabxanaların nəzdində “Ailə Klub”ları yaradıla bilər.

Trend-in məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə cəmiyyətin diqqətinin mütaliəyə cəlb olunması, ailədə mütaliə ənənəsinin təbliği və asudə vaxtın mənalı, səmərəli və düzgün nizamlanması məqsədilə “Ailəliklə kitabxanaya” layihəsinə start verilib.

Qeyd olunur ki, kitabların və kitabxanaların ailənin bir məkanda birləşməsində aparıcı qüvvələrdən biri kimi çıxış etdiyini nəzərə alaraq, layihə çərçivəsində kitabxanaların nəzdində “Ailə Klub”larının yaradılması nəzərdə tutulur.

 





14.11.2018    çap et  çap et