525.Az

Misirdə türk seriallarına qadağa qoyuldu


 

Misirdə türk seriallarına qadağa qoyuldu<b style="color:red"></b>

Türkiyənin prezident Məhəmməd Mursinin devrilməsi ilə nəticələnən Misirdəki hərbi çevrilişi tez-tez tənqid etməsi türk seriallarına zərbə vurub. “Hürriyyət” qəzetinin yazdığına görə, rəsmi Ankaranın bu mövqeyi onunla nəticələnib ki, Misir televiziya kanalları türk filmlərinin efirdə yayımına qadağa qoyub.

 “Əl Ərəbiyə” telekanalı bildirib ki, “Əl Həyat”, “Ən Nejar”, “Əl Qahirə” və “l Nas” telekanalları misirli ziyalıların çağırışından sonra türk seriallarını yayımlamayacaqlarını açıqlayıb.

“Əl Qahirə” və “l Nas” televiziyasının sahibi Tarık Nur bununla Türkiyəyə mesaj vermək istədiklərini söyləyib. O, Türkiyənin Misirin daxili işlərinə müdaxilə etdiyini deyərək, belə addım atdıqlarını vurğulayıb. Onun fikrincə, filmlərin yayımına qadağa qoyulması, Türkiyəyə turistlərin axınına təsir edəcək.

Süsanə AMİLQIZI

 





22.08.2013    çap et  çap et