525.Az

Vəfa Zeynalova: “Rejissor mənə demişdi ki, bu film Azərbaycanda yayımlanmayacaq”


 

Vəfa Zeynalova: “Rejissor mənə demişdi ki, bu film Azərbaycanda yayımlanmayacaq”<b style="color:red"></b> “Yavər Rzayev mənə demişdi ki, bu film Azərbaycanda yayımlanmayacaq”.
 
Bunu Lent.az-a Yavər Rzayevin Çəkidiyi “İlahi məxluq” filmindəki erotik səhnəylə bağlı açıqlamasında əməkdar artist Vəfa Zeynalova deyib.
 
“Mən həmin insanlara demək istəyirəm ki, “seks və erotika” sözünün özləri üçün təhlil eləsinlər, görsünlər nə deməkdi. Sonra fikir yürütsünlər, yazsınlar. Tamaşaçılarımınız açıq, saçıq səhnələri qonşu ölkələrin filmlərində qəbul edirlər. Amma özümüzdə yox. Çox zaman obrazla aktrisanı, obrazla şəxsiyyəti qarışdırırlar. Oxumuş, savadlı insanlar belə. Belə yanaşma olmaz. Vəfanı obrazla qatmaq olmaz. Bu Vəfanın həyatı deyil. Mən bu gün Vəfayam, sizin yanınızdayam. Filmdə hər hansı bir obrazam. Nigaram, Amalyayam. Mənim oynadığım obraz elə sizsiz. Mən sizi sizə göstərirəm. Heç kim pisi qəbul eləmir.
 
 
 
Vəfa xanımın dediyinə görə, həmin səhnə tamam başqa cür yazılıbmış.
 
“Mən ssenarini oxuyanda dedim ki, bizim xalq bunu qəbul etməyəcək. Yavər bəy isə dedi ki, mən onun həllini tapacam. Və o da həllini həmin eprizodda elə vermişdi; uşağın əli, üzü. Rejissor o vaxt mənə demişdi ki, bu film festival üçün çəkilir və bu səhnələr Azərbaycanda yayımlanmayacaq. Və məni də inandırdı. Amma nəyə görəsə, üç ildən sonra məhz həmin səhnəylə filmin piarı başladı. Mən Yavər bəyə narazılığımı bildirən də o mənə dedi ki, bundan xəbəri yoxdu.  Təbii ki, onda günah jurnalistlərin boynunda qaldı. Burda jurnalistlərin günahıydı, ya yox bu da digəri kimi mənə sirr olaraq qaldı. Bu piarıydı, amma mənim ehtiyacım olmayan piar. Məni xalqım yetərincə tanıyır və sevir. Bu məsələlərin sonunda bir daha şahid oldum. Mənə qaranlıq qalan bir şey də var ki, artıq dördüncü ildir o film çəkilib. Təqdimiatı da olub. Filmin baxışında jurnalistlər də, teatrünüslar, filmşünaslar da olublar. İndimi ayılıblar? Bunun səbəbini bilmirəm”.
 





22.08.2013    çap et  çap et