525.Az

Parlament televiziyasının açılması təklif edilir


 

Parlament televiziyasının açılması təklif edilir<b style="color:red"></b>

Azərbaycanda parlament televiziyasının açılmasına çox böyük ehtiyac var.

Trend-in məlumatına görə, bunu deputat Tahir Kərimli Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

T.Kərimli qeyd edib ki, parlamentin fəaliyyətinin, o cümlədən, iclasların, komitə görüşlərinin, deputatların fəaliyyətinin işıqlandırılması üçün parlament televiziyası vacib olardı.

Deputatın sözlərinə görə, başqa televiziyalarda parlamentin fəaliyyəti kifayət qədər işıqlandırılmır: “Digər ölkələrdə parlament televiziyaları var. Hesab edirəm ki, Azərbaycanda da parlament televiziyasının olması məqsədəuyğun olardı”.

 





15.11.2018    çap et  çap et