525.Az

"Azəriqaz" qış rejiminə keçdi


 

"Azəriqaz" qış rejiminə keçdi <b style="color:red"></b>

"Azəriqaz" İstehsalat Birliyi bu gündən qış rejiminə keçib.

Trend-in məlumatına görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.

Onun sözlərinə görə, bu gündən etibarən əhaliyə verilən təbii qazın həcmi də artırılıb:

"Tələbat artdığından noyabrın 15-dən qazın həcmi artırılıb. 1 miyon 600 min kubmetrdən artıq təbii qazın artımı var ki, bundan sonra da havaların soyuq və şaxtalı keçəcəyi günlərdə təbii qazın verilişi tələbata uyğun tənzimlənəcək".

İ.Kərbəlayev bildirib ki, respublika üzrə 2 milyon 160 mindən çox abonenti fasiləsiz qazla təmin etmək üçün hazırlıqlar başa çatıb.

 





15.11.2018    çap et  çap et