525.Az

Tramp Kaliforniyada meşə yanğınlarından zərər çəkənlərlə görüşəcək


 

Tramp Kaliforniyada meşə yanğınlarından zərər çəkənlərlə görüşəcək<b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp noyabrın 17-si Kaliforniya ştatında meşə yanğınlarından zərər çəkənlərlə görüşəcək.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Ağ Evin nümayəndəsi Lindsi Uoters bildirib.

L.Uoters deyib: "Prezident şənbə günü yanğınlardan zərərçəkənlərlə görüşmək üçün Kaliforniyada gedəcək".

Xatırladaq ki, Kaliforniya ştatında meşə yanğınları 59 nəfərin ölümünə səbəb. Onlardan 56-sı ştatın şimalında, 3-ü isə cənubunda ölüb. Bundan əlavə 100-dən artıq insan itkin düşmüş sayılır.

 





16.11.2018    çap et  çap et