525.Az

"Bakutel-2018" sərgisinin ziyarətçiləri üçün lotereya keçiriləcək


 

"Bakutel-2018" sərgisinin ziyarətçiləri üçün lotereya keçiriləcək<b style="color:red"></b>

Dekabrın 4-də "Bakutel-2018" 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı öz işinə başlayacaq.

Nəqliyyat, Rabitə və Texnologiyalar Nazirliyindən verilən məlumata görə, hər il olduğu kimi, bu il də ən son texnoloji yeniliklər, informasiya-kommunikasiya sahəsində məhsul və xidmətlər, o cümlədən, yeni layihələr təqdim olunacaq. Bundan başqa, ziyarətçiləri sərginin iş günləri ərzində bir çox maraqlı sürprizlər gözləyir.

Bakı Expo Mərkəzinin sərgi zalında təşkil olunan xüsusi guşədə məhz "Bakutel" sərgisinin ziyarətçiləri üçün lotereya oyunu keçiriləcək. "Azərlotereya" ASC tərəfindən təşkil olunacaq lotereyanın oyun qaydalarına əsasən, biletlər oyunda iştirak üçün qeydiyyata alınacaq. Biletləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin pavilyonunda "Azərpoçt" MMC-yə məxsus xüsusi stenddən əldə etmək mümkün olacaq.

Hər biletin üzərində (001-dən 999-dək) üçrəqəmli seriya nömrəsi əks olunacaq. Oyunun keçirilmə vaxtı əvvəlcədən elan olunacaq. Xüsusi guşədə quraşdırılmış elektron tabloda təsadüfi seçim yolu ilə müəyyən olunmuş rəqəmlər nümayiş olunacaq. Tabloda göstərilən rəqəm lotereya biletinin seriya nömrəsi ilə uyğun olduğu halda bilet uduşlu sayılacaq. Tirajın uduş fondu 3 kateqoriya üzrə müəyyən olunub.

I kateqoriyada elektron tabloda müəyyən edilən 3 rəqəm lotereya biletinin seriya nömrəsi ilə uyğun gələrsə, bilet sahibi 50 manat əldə edəcək.

II kateqoriya üzrə elektron tabloda müəyyən edilmiş 2 rəqəm lotereya biletinin seriya nömrəsinin son 2 rəqəmi ilə uyğun gələrsə, bilet sahibi 10 manat qazanacaq.

III kateqoriyada isə elektron tabloda müəyyən edilmiş nömrələrin son rəqəmi lotereya biletinin seriya nömrəsində qeyd olunan nömrələrin sonuncu rəqəmi ilə uyğun gələrsə, bilet uduşlu sayılır və 5 manat qazanılır.

Qeyd edək ki, oyunda iştirak edən biletlərin ümumi sayı 999 ədəd təşkil edir. Qaliblər anında xüsusi stendə yaxınlaşmaqla uduş fondunu əldə edə biləcəklər. Bundan başqa, iştirakçılar üçün digər qiymətli hədiyyələr də nəzərdə tutulub.

Xatırladaq ki, "Bakutel-2018" sərgi-konfııransı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, "Caspian Event Organisers" ("CEO") şirkətinin təşkilatçılığı və "Azercell" şirkətinin baş sponsorluğu ilə keçirilir.

CEYHUN

 





16.11.2018    çap et  çap et