525.Az

Fuad Muradov Kaliforniyada görüşlərini davam etdirir


 

Fuad Muradov Kaliforniyada görüşlərini davam etdirir<b style="color:red"></b>

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyəti ABŞ-a səfər çərçivəsində Kaliforniyada görüşlərini davam etdirir.

Komitədən verilən məlumata görə, nümayəndə heyəti Los-Ancelesdə Lənkəran Monterey Dostluq Assosiasiyasının icraçı direktoru Nensi Selfric ilə görüşüb.

Görüş zamanı Azərbaycanın Lənkəran şəhəri ilə ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərinin qardaşlaşmasından söhbət açılıb, Montereydə ölkəmizin daha yaxşı təbliği üçün həyata keçirilən işlər və perspektivlər müzakirə edilib.

Növbəti görüş Türkiyənin Los-Anceles şəhərindəki baş konsulu Can Oğuzla olub. Azərbaycanın Los-Ancelesdə yerləşəm Baş Konsulluğunda keçirilən görüşdə Kaliforniya ştatındakı türk diaspor təşkilatlarının rəhbərləri və fəalları da iştirak edib. Görüş zamanı Diasporla İş üzrə Dövlət Komitəsi ilə Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsi arasında imzalanan anlaşma memorandumunun əhəmiyyəti vurğulanıb. Azərbaycan və Türkiyə diaspor təşkilatlarının əməkdaşlığının daha peşəkar və effektli koordinasiya edilməsi məqsədilə birgə fəaliyyət istiqamətləri müzakirə edilib, diaspor fəaliyyətinə strateji yanaşma nəzərdən keçirilib.

Dövlət komitəsinin nümayəndə heyəti daha bir görüşü Amerika Yəhudi Komitəsinin Los-Anceles bölməsinin rəhbərləri ilə keçirib. Görüşdə Yəhudi komitəsinin dünyanın müxtəlif yerlərində, o cümlədən, ABŞ-da diaspor ilə iş metodları, bu sahədəki mövcud çətinliklər, uğurlar və gələcək planlardan söhbət açılıb. Yəhudi diasporunun təcrübəsinin öyrənilməsi imkanları və mexanizmləri müzakirə edilib.

Keçirilən görüşlərdə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev də iştirak edib.

C.ABASOV

 





16.11.2018    çap et  çap et