525.Az

AZAL Moskva üzərində qeydə alınan insidenti şərh etdi


 

AZAL Moskva üzərində qeydə alınan insidenti şərh etdi<b style="color:red"></b>

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin təyyarəsinin uçuşuna heç bir təhlükə olmayıb.

Bunu Trend-ə ötən gün Moskva üzərində baş vermiş hadisəni şərh edərkən deyiblər.

Qeyd olunub ki, ötən gün “Domodedovo” hava limanından Penzaya uçan təyyarə Bakıdan “Vnukovo”ya hərəkət edən təyyarə ilə üz-üzə gəlib.

AZAL-ın təyyarəsi uçuş hündürlüyünü azaldarkən Penzaya hərəkət edən təyyarə hündürlüyünü artırmağa başlayıb. Lakin təyyarələr heç bir insident qeydə alınmadan təhlükəsiz şəkildə uçuşlarını davam etdirib.

 





16.11.2018    çap et  çap et