525.Az

“Ailəliklə kitabxanaya” layihəsinin təqdimatı oldu


 

“Ailəliklə kitabxanaya” layihəsinin təqdimatı oldu <b style="color:red"></b>

Noyabrın 15-də Milli Kitabxanada Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və M.F.Axundova adına Azərbaycan Milli Kitabxanasının birgə layihəsi olan “Ailəliklə kitabxanaya” layihəsinin təqdimatı keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq “Ailəliklə kitabxanaya” layihəsinin Azərbaycan ailələrində müasir düşüncəli, savadlı gənclərinin yetişməsində böyük rolu olacağını bildirib və Milli Kitabxananın digər belə kreativ layihələrin mərkəzi kimi gələcəkdə də bu cür aksiyaları davam etdirəcəyini qeyd edib.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva layihənin məqsədinin cəmiyyətdə ailənin nüfuzunu artırmaq, ailə institutunu qorumaq, onu formalaşdırmaq olduğunu qeyd edib.

Bu cür layihələri hər zaman dəstəklədiyini deyən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Oktay Səmədov Bilik Fondu tərəfindən keçirilən “Məscid kitabxanaları”, “Ev kitabxanası” və digər layihələrdən söz açıb, kitabın gələcəkdə ailənin bir üzvünə çevrilə biləcəyini, gənclərdə əqli, mənəvi zənginliyi formalaşdırmaqda xüsusi rolu olacağını qeyd edib.

Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Tarix Muzeyinin direktoru, akademik, Nailə Vəlixanlı, “Azərbaycan Uşaqlarının IV forumu”nun gənc iştirakçıları və başqaları çıxış edərək mövzuyla bağlı öz fikirlərini söyləyiblər.

O.Səmədov “Ailəliklə kitabxanaya” layihəsi çərçivəsində keçirilən “Ən zəngin ev kitabxanası olan ailə” müsabiqəsinin qalibi Həzənzadələr ailəsinə və Nərmin Quliyevaya “uğura gedən yolda nümunəvi fəailyyətinə görə” diplomları və ailə klubu kartını təqdim edib.

Sonda tədbir iştirakçıları gənc rəssam Nərmin Quliyevanın sərgisi ilə tanış olublar.

ŞAHANƏ

 





18.11.2018    çap et  çap et