525.Az

Mingəçevirin 70 illiyi qeyd olundu - Fotolar


 

Mingəçevirin 70 illiyi qeyd olundu - <b style="color:red">Fotolar </b>

Mingəçevir şəhər İcra Hakimiyyətinin təşəbbüsü, təşkilatçılığı və dəstəyi ilə Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin və Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir nümayəndəliyinin Mingəçevirə şəhər statusu verilməsinin 70 illiyinə həsr etdiyi “Səni tərənnüm edirəm, gözəl Mingəçevirim” adlı poeziya gecəsi keçirilib.

Şəhər ictimaiyyəti nümayəndələrinin, yazarların və tələbə gənclərin qatıldıqları poeziya gecəsinin aparıcısı AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə giriş sözü ilə tədbiri açıq elan edib.

Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini yerini yetirən İlham İsmayılov çıxışında şəhərin tarixindən bəhs edib, quruculuq işlərini nəzərə çatdırıb.

AYB-nin Mingəçevir bölməsinin də fəaliyyətini yüksək qiymətləndirən, “Bənövşə” jurnalının və bu il nəşr olunan “Bir ocağın şöləsiyik” almanaxının yazarlara söz sovqatı olduğunu vurğulayan şəhər rəsmisi yerli sakinlərə və yazarlara uğurlar arzulayıb.

AYB-nin Gəncəbasar və Ağdaş filiallarının sədrləri Xəzangül Hüseynova və Fəxrəddin Əsəd nur timsallı Mingəçevirin gözəlliklərindən bəhs edib, şeirlərini səsləndiriblər.

Daha sonra çıxış edən Zahid Qasımlı, Misədi Daşdəmirov, Rizvan Mikayıllı, yerli yazarlardan Zümrüd Rəhimova, Elşən Əzim, Namiq Zaman və şair Səxavət tədbirin keçirilməsindən məmnunluqlarını ifadə ediblər.

Gənc şairlərdən Ruslan Ələkbərli, Ayşən Rəhim, Seymur Sönməz və Rəna Əliyeva öz şeirlərini oxuyublar.

Tədbirdə, həmçinin, şəhər Uşaq-Gənclər Mərkəzindəki dram dərnəyinin üzvlərindən Türkan, Yeganə, Səbinə və Aysunun çıxışları da yaddaqalan olub.

Bədii hissədə müğənnilər İsa Müseyibov, Turanə Məmmədova, Səttar Rizvanoğlu, Nicat Əhmədov, Fuad Nəbiyev çıxış ediblər. Tədbir iştirakçıları yerli yazarların əsərlərindən ibarət kitab sərgisi ilə də tanış olublar.

ŞAHANƏ

 





18.11.2018    çap et  çap et