525.Az

BDU-dan yeni rektor açıqlaması


 

BDU-dan yeni rektor açıqlaması <b style="color:red"></b>

Bakı Dövlət Universitetinin mətbuat xidməti sosial şəbəkələrdə bu təhsil müəssisəsinə yeni rektor təyin edilməsi barədə məlumatlara münasibət bildirib.

525.az-ın məlumatına görə, universitetdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ali təhsil müəssisəsinə yeni rektor təyin edilməsi barədə yayılan məlumatlar düzgün deyil.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə Trend-ə bildirib ki, hazırda BDU-nun rektoru vəzifəsinin icrasını universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva həyata keçirir.

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov noyabrın 15-də vəzifəsindən azad edilib.

 





19.11.2018    çap et  çap et