525.Az

İsa Muğannanın 90 illik yubileyi qeyd olunacaq


 

İsa Muğannanın 90 illik yubileyi qeyd olunacaq<b style="color:red"></b>

Azərbaycan Respublikası Prezidentinin “İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında” 31 may 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar geniş Tədbirlər Planı hazırlanıb və il ərzində həyata keçirilib.

Tədbirlər Planına uyğun olaraq, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 20 noyabr 2018-ci il tarixində, saat 19:00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli yazıçı İsa Muğannanın 90 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tanınmış elm, ədəbiyyat və incəsənət xadimlərinin qatılacağı tədbirdə İsa Muğannanın həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatına və kinosuna töhfələrindən danışılacaq, ssenari müəllifi olduğu filmlərdən fraqmentlər göstəriləcək.

Həmçinin sevilən xanəndələrin ifasında musiqilər səsləndiriləcək.

 





19.11.2018    çap et  çap et