525.Az

“Nissan Motor”un prezidenti saxlanıldı


 

“Nissan Motor”un prezidenti saxlanıldı<b style="color:red"></b>

“Nissan Motor” avtomobil konserninin prezidenti Karlos Qon Yaponiyada saxlanılıb.

Trend-in məlumatına görə, 64 yaşlı K.Qon 2011-ci ildən 2015-ci ilədək müddətdə gəlirləri azaltmaqda ittiham olunur.

Qeyd olunur ki, bu müddət ərzində o, 44 milyon dollara yaxın vəsaiti vergidən gizlədib.

K.Qob həmçinin “Renault-Nissan-Mitsubishi” alyansının İdarə heyətinin sədridir.

Bundan başqa, “Nissan Motor” İdarə heyətinin üzvü Qreq Kellinin də saxlanıldığı bildirilib.

 





20.11.2018    çap et  çap et