525.Az

Gəncədə partlayışda ölən daha 2 nəfərin meyiti dağıntılar altından çıxarıldı


 

Gəncədə partlayışda ölən daha 2 nəfərin meyiti dağıntılar altından çıxarıldı <b style="color:red"></b>

Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş qəza hadisəsi ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından daha iki nəfərin, 1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızı və 1994-cü il təvəllüdlü Heydərov Hüseyn Oktay oğlunun meyiti tapılaraq çıxarılıb.

Ümumilikdə, ərazidə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar altından 3 nəfərin meyiti çıxarılıb, 1 nəfər yaralı vəziyyətdə aşkar edilərək xilas edilib.

Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.

 





20.11.2018    çap et  çap et