525.Az

"Türkiyədə polietilen paketlər pulsuz verilməyəcək"


 

"Türkiyədə polietilen paketlər pulsuz verilməyəcək"<b style="color:red"></b>

2019-cu ildən Türkiyədə polietilen paketlər pulsuz verilməyəcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin ətraf mühit və şəhər quruculuğu naziri Murad Kurum deyib.

Nazir müavini bildirib ki, bu qərar ətraf mühitin mühafizəsinin zəruriliyi ilə əlaqədar qəbul olunub.

M.Kurum vurğulayıb ki, hər Türkiyə vətəndaşı il ərzində təqribən 440 ədəd polietilen paket istifadə edir: "2025-ci ilədək Türkiyə bu göstəricini 40 paketədək azaltmaq niyyətindədir".

O qeyd edib ki, polietilen paketlərdən istifadə ətraf mühitə böyük ziyan vurur.

Bununla belə, nazir paketlərin qiymətini açıqlamayıb.

 





20.11.2018    çap et  çap et