525.Az

Bakıda bir marşrutun fəaliyyəti dayandırılır


 

Bakıda bir marşrutun fəaliyyəti dayandırılır<b style="color:red"></b>

Noyabrın 22-dən etibarən Xəzər rayonu Binə qəsəbəsində fəaliyyət göstərən 190 nömrəli (qəsəbədaxili) müntəzəm marşrut xəttinin fəaliyyəti dayandırılacaq.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin 20.11.2018 tarixli müvafiq sərəncamına əsasən, 190 nömrəli qəsəbədaxili müntəzəm marşrut xəttinin müvəqqəti istimarına dair “Ayşən LTD” MMC ilə imzalanan müqaviləyə də xitam verilib.

 





20.11.2018    çap et  çap et