525.Az

Magistral yolların, körpülərin və tunellərin tikintisində mühitə təsir nəzərə alınacaq


 

Magistral yolların, körpülərin və tunellərin tikintisində mühitə təsir nəzərə alınacaq<b style="color:red"></b>

“Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri Qaydaları”na əlavələr edilib.

Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, magistral avtomobil yollarının, körpülərin və tunellərin layihələndirilməsi zamanı “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi təmin olunmalıdır.

Həmçinin Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi sənədi hazırlanmalı və dövlət ekoloji ekspertizası keçirilməlidir.

 





21.11.2018    çap et  çap et