525.Az

Azərbaycan müdafiə naziri ilə Gürcüstan SQ Baş Qərargah rəisi arasında görüş


 

Azərbaycan müdafiə naziri ilə Gürcüstan SQ Baş Qərargah rəisi arasında görüş <b style="color:red"></b>

Noyabrın 21-də Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, tərəflər regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, ikitərəfli əsasda və NATO proqramları çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.

 





21.11.2018    çap et  çap et