525.Az

Zakir Həsənov Türkiyə və Gürcüstan SQ Baş Qərargah rəisləri ilə görüş keçirdi


 

Zakir Həsənov Türkiyə və Gürcüstan SQ Baş Qərargah rəisləri ilə görüş keçirdi <b style="color:red"></b>

Noyabrın 21-də Bakıda Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia ilə görüş keçirilib.

Trend-in məlumatına görə, görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin, o cümlədə, bölgədə həyata keçirilən layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 





21.11.2018    çap et  çap et