525.Az

Mənşəyi məlum olmayan 2,5 ton ət məhv edildi


 

Mənşəyi məlum olmayan 2,5 ton ət məhv edildi<b style="color:red"></b>

Dünən Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Təhlükəli Tullantılar Poliqonunda mənşəyi məlum olmayan, insan orqanizmi üçün zərərli, istehlaka yararsız 2.5 ton heyvan cəmdəyini məhv ediblər.

AQTA-dan verilən məlumata görə, malların məhvolma prosesində agentliyin əməkdaşları ilə yanaşı bir sıra media nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, bir müddət öncə AQTA və müvafiq qurumların əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi ünvanında yerləşən satış məntəqələrində aşkar edilmiş ayrı-ayrı şəxslər tərəfindən müxtəlif regionlardan gətirilən mənşəyi məlum olmayan kəskin qoxulu 2.5 ton heyvan cəmdəyi aşkar edilmişdi. Bununla əlaqədar olaraq, hüquq mühafizə orqanları tərəfindən aidiyyəti tədbirlər həyata keçirilmişdi. Məhsuldan götürülən nümunələr üzərində aparılan laborator müayinələr nəticəsində həmin ətin insan orqanizmi üçün zərərli və istehlak üçün yararsız olduğu müəyyən edilmişdi.

C.ABASOV

 





21.11.2018    çap et  çap et