525.Az

Tofiq Quliyevin əziz xatirəsinə daha bir ithaf - Fotolar


 

Tofiq Quliyevin əziz xatirəsinə daha bir ithaf - <b style="color:red">Fotolar</b>

Noyabr ayında görkəmli bəstəkar, pianoçu, dirijor, folklorşünas, Azərbaycan SSR Xalq artisti, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri, ictimai xadimi Tofiq Quliyev anadan olub.

Bu münasibətlə Azərbaycan Musiqi Mədəniyyət Dövlət Muzeyində unudulmaz bəstəkarın xatirəsinə həsr olunmuş vokal musiqi axşamı keçirilib.

Solistlər - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı, tenor Rüfət Piriyev (müəllim – dosent Svetlana Mirzəyeva-Əhmədova) və BMA-nın məzunu, soprano Güllübəyim Məmmədova (müəllim – dosent Sevda Məmmədova), konsertmeyster Qənirə Həsənova idi.

Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov açıb.

Konsert proqramının tərtibatçısı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərgiz Hüseynova tədbirin mahiyyətindən danışıb.

Tədbirin aparıcısı Bakı Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova görkəmli bəstəkarın musiqi mədəniyyəti tarixindəki əvəzsiz xidmətləri, yaradıcılıq yolundan söz açıb. Eyni zamanda, gənc vokal ifaçıların yaradıcı fəaliyyətindən geniş məlumat verib.

Daha sonra tədbir Rüfət Piriyevin və Güllübəyim Məmmədovanın ifalarında Tofiq Quliyevin sevilən mahnıları, kino və tamaşalardan ibarət rəngarəng musiqi çələngi ilə davam edilib. Onların çıxışı muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.

Proqramın sonunda muzeyin arxivindən Tofiq Quliyevin yubiley konsertinən Heydər Əliyevin təbrik çıxışının videoyazısı nümayiş edilib. Bu da tədbirə xüsusi rəng qatıb.

Tədbirdə Binəqədi rayonu Yeni Azərbaycan Partiyasının nümayəndəsi Sevinc Abdullayeva çıxış edib.

Sonda Xalq artisti Xuraman Qasımova əvəzolunmaz bəstəkar Tofiq Quliyev haqqında danışıb, ifaçıları təbrik edib və öz tövsiyələrini verib.

Aytən İBRAHİMOVA
sənətşünaslıq üzrə fəlsəfə doktoru

 





22.11.2018    çap et  çap et