525.Az

"Türkiyə öz hava məkanını Ermənistan üçün bağlaya bilər"


 

"Türkiyə öz hava məkanını Ermənistan üçün bağlaya bilər"<b style="color:red"></b>

Ermənilər işğal altında olan Azərbaycan ərazilərinə uçuşlara başlayacağı təqdirdə Türkiyə öz hava məkanını Ermənistan təyyarələri üçün bağlaya bilər.

APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, bununla bağlı Azərbaycan və Türkiyə arasında müəyyən anlaşmalar mövcuddur.

Məlumata görə, bu məsələ son zamanlar bir neçə dəfə Azərbaycan və Türkiyənin aviasiya qurumları arasında müzakirə olunub.

Türkiyə Böyük Millət Məclisinin Milliyətçi Hərəkat Partiyasından olan deputatı Sinan Oğan da APA-ya açıqlamasında belə bir addımı mümkün sayıb: «Bizim tərəfimizdən bu məsələnin parlamentdə qaldırılması mümkündür. Amma bu zaman Naxçıvana uçuşların hansı marşrut üzrə keçirilməsi barədə müəyyən araşdırmalar da aparılmalıdır».

 





08.10.2012    çap et  çap et