525.Az

ARDNŞ-dən iş təklifi


 

ARDNŞ-dən iş təklifi<b style="color:red"></b> Dövlət Neft Şirkətində müxtəlif peşə və ixtisaslar üzrə fəhlə, mütəxəssis və rəhbər işçi kateqoriyaları üzrə işçi qəbulu davam edir.

Şirkətdən verilən məlumata görə hazırda şirkətin korporativ veb  saytında (www.socar.az ) 100-dən çox vakansiya elan edilib. Vakansiyalar əsasən neft qaz hasilatı, tikinti və qaz təsərrüfatı sahələrini əhatə edir. Məlumat üçün bildirilir ki, işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqədə iştirak etmək istəyənlər (http://careers.socar.az/VacancyList ) link-inə daxil olmaqla iş təcrübəsinə, ixtisas və peşələrinə uyğun elan edilmiş müxtəlif vakansiyalar üzrə elektron müraciət edə bilərlər. Elektron müraciəti qeydə alınmış namizədlərin sənədlərinin vakansiya tələbləri ilə uyğunluğu yoxlanıldıqdan sonra uyğun gələnlər növbəti test, peşə sınaq imtahanı və ya müsahibə mərhələlərinə dəvət olunacaqlar.
 





26.08.2013    çap et  çap et