525.Az

Bəzi sahələrdə əmək haqları artırıldı


 

Bəzi sahələrdə əmək haqları artırıldı<b style="color:red"></b> Prezident İlham Əliyev mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb.
 
525.az-ın məlumatına görə, sərəncamda mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2013-cü il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılması nəzərdə tutulur.
 
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.
 
 





26.08.2013    çap et  çap et