525.Az

Azərbaycan və Avstraliya qarşılıqlı turist axınını artırmaq istəyir


 

Azərbaycan və Avstraliya qarşılıqlı turist axınını artırmaq istəyir<b style="color:red"></b>

Azərbaycan və Avstraliya qarşılıqlı turist axınını artırmağı planlaşdırır.

Bunu Trend-ə Azərbaycanın Avstraliyadakı Ticarət Palatasının prezidenti Nizami Cəfərov deyib.

O qeyd edib ki, hazırda Palata ölkənin avstraliyalı turistlər arasında populyarlaşması üçün yeni yaradılmış Azərbaycan Turizm Şurası ilə fəal işləyir:

“Hər iki ölkənin bir sıra turizm şirkətləri ilə danışıqlar aparılır, inkişaf strategiyası hazırlanır”.

Qeyd edək ki, turizm Azərbaycanımn qeyri-neft sektorunun aparıcı sahələrindən biridir.

2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 194 ölkədən 2 420,4 min turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz çoxdur. 2017-ci ildə Azərbaycana 2 455 avstraliyalı turist səfər edib. Bu, 2016-cı illə müqayisədə 24,6 faiz çoxdur.

 





30.11.2018    çap et  çap et