525.Az

Türkiyəni utandıran xəbər


 

Türkiyəni utandıran xəbər<b style="color:red"></b> Oktyabrın 11-də "Beynəlxalq azyaşlı qızlar günü" keçiriləcək.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ingilis "İndependent" qəzeti "Unudulan qızlar: 2020-yə qədər 15 yaşdan aşağı 50 milyon gəlin olacaq" başlıqlı xəbərdə diqqəti azyaşlı qızların ərə verilməsinə çəkib.

Qəzet qeyd edir ki, Türkiyədə və Gürcüstanda azyaşlıların ərə verilməsi halları geniş yayılıb. Bu göstəricinin ən yüksək olduğu ölkə Banqladeşdir. Ümumiyyətlə, Cənubi Asiyada 18 yaşdan aşağı evliliklər isə 46 faizdir.
 





08.10.2012    çap et  çap et