525.Az

MSK Rüstəm İbrahimbəyovla bağlı qərar verdi


 

MSK Rüstəm İbrahimbəyovla bağlı qərar verdi<b style="color:red"></b>

MSK: Rüstəm İbrahimbəyovun 74 il ərzində cəmi 1163 gün Azərbaycanda yaşayıb

 
APA“Milli Şura” seçicilərinin Təşəbbüs Qrupu tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Rüstəm İbrahimbəyovun namizədliyi təsdiq olunmayıb.
 
APA-nın məlumatına görə, bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçiriləcək iclasında verilib.
 
MSK katibi Arifə Muxtarova bildirib ki, Rusiya Federasiyasının Azərbaycandakı səfiri, cənab Vladimir Daroxin MSK-nın sorğusuna cavab olaraq, bildirib ki, R. İbrahimbəyov 28 noyabr 1991-ci il tarixdən Rusiyanın vətəndaşıdır.
 
MSK katibi Arifə Muxtarova bildirib ki, Rüstəm İbrahimoviç İbrahimbəyovun namizədliyinin qeydə alınması ilə bağlı MSK-ya daxil olan sənədləri araşdırılıb və hüquqi əsasların olmadığı müəyyən edilib: “Bu qərarın verilməsində Rusiya qarşısında vətəndaşlığı və öhdəliyinin olması əsas götürülməlidir”.
 
İclasda Azərbaycan və Rusiyanın müvafiq qurumlarına ünvanlanan sorğular barədə də məlumat verilib.
 
Rüstəm İbrahimbəyovun 74 il ərzində yalnız 1163 gün Azərbaycanda yaşadığı da açıqlanıb.
 
MSK bütün bunları əsas gətirərək, açıq səsvermə yolu ilə R. İbrahimbəyovun namizədliyinin təsdiq olunmaması haqda qərar verib.

 





27.08.2013    çap et  çap et