525.Az

Bakını ingilis dilində tanıdan yeni nəşr


 

Bakını ingilis dilində tanıdan yeni nəşr <b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru, dosent Bəsirə Əzizəliyevanın Türkiyədən yazar və araşdırmaçı alim, İstanbul Texnik Universitetinin əməkdaşı doktor Muhsin Kadıoğlu ilə birlikdə yazdıqları "Baku Travel Guide" - "Bakı Turu bələdçisi" kitabı ingilis dilində Google play Books üzərindən elektron kitab olaraq yayımlanıb.

Dünyanın 32 şəhəri haqqında tur kitabı yazmış və bu sahədə mühüm təcrübəyə, yaradıcılıq imkanlarına malik Muhsin Kadıoğlu "Azərbaycanın İstanbulu" adlandırdığı Bakı haqqında bu kitaba xüsusi diqqət və həssaslıqla yanaşıb.

Kitabda Azərbaycanın önəmli tarixi və milli xüsusiyyətlərini vurğulayan müəlliflər Bakının tarixi, mədəniyyəti, abidələri, memarlıq nümunələri, incəsənət əsərləri, ictimai yerləri, mətbəxi haqqında geniş şəkildə məlumat veriblər.

Kitab ingilisdilli oxucuların Azərbaycan, xüsusilə də Bakı haqqında daha ətraflı məlumata sahib olmaları, milli tarix və mədəniyyətimizin dünyaya tanıdılması, turizmin inkişafı məqsədinə xidmətlə yazılıb.

ŞAHANƏ

 





04.12.2018    çap et  çap et