525.Az

Hotelçilikdə yeni ulduz milli təsnifat sistemi tətbiq olunacaq


 

Hotelçilikdə yeni ulduz milli təsnifat sistemi tətbiq olunacaq<b style="color:red"></b>

Azərbaycanda hotelçilik sahəsində yeni ulduz milli təsnifat sistemi tətbiq olunacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan Hotel Assosiasiyasının Birinci Baş Assambleyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda hotelçilik sahəsində ulduz verilməsi sistemində problemlər mövcuddur. F.Nağıyev bununla yanaşı, hotellərdə mövsümilik probleminə də diqqət çəkib. Agentlik sədri deyib ki, bunun aradan qaldırılması üçün müvafiq işlər görülür.

F.Nağıyev əlavə edib ki, Bakıda və regionlarda nisbətən daha kiçik olan hotellərin fəaliyyətini stimullaşdırmaq üçün də tədbirlər görülür:
 
"Azərbaycanda turizm sahəsinin inkişafı üçün işlər görülüb, amma həlli vacib olan işlər də var. Turizm sahəsində hotelçilik əsas yer tutur. Hotelçilik sahəsində gözəçarpan ən əsas amil xidmətdir. Bu sahədə problemlər mövcuddur, onların həlli üçün işlər görülür".

Turizm sahəsi üçün kadr hazırlığı istiqamətində də işlərin aparıldığını deyən sədr qeyd edib ki, Azərbaycanda mövcud olan hotelçilik sahəsinin Avropa standartlarına uyğunlaşdırılması əsas məsələlərdən biridir.

 





04.12.2018    çap et  çap et