525.Az

Ukraynada Xəzangül Hüseynovanın şeirlər kitabı nəşr olundu


 

Ukraynada Xəzangül Hüseynovanın şeirlər kitabı nəşr olundu <b style="color:red"></b>

Ukraynada Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri, şairə Xəzangül Hüseynovanın rus dilinə tərcümə olunmuş şeirlər kitabı nəşr olunub.

Trend-in məlumatına görə, “Завещание Богу” adlı kitabda müəllifin erməni vandalizminə həsr olunan “Я Зохра”, “Ультиматум” şeirləri də yer alıb. Bundan başqa, kitabda Azərbaycanı tərənnüm edən şeirlər də əksini tapıb.

Kitabın tərcüməçisi Nicat Məmmədov, redaktor və ön söz müəllifi Səlim Babullaoğludur.

Qeyd edək ki, bu, X.Hüseynovanın xarici dildə çap olunan üçüncü kitabıdır.

 





05.12.2018    çap et  çap et