525.Az

"Əlillik Qüsur Deyil" kitab-albomunun təqdimatı keçirildi


 

"Əlillik Qüsur Deyil" kitab-albomunun təqdimatı keçirildi<b style="color:red"></b>

Fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi-Yarmarkası çərçivəsində, Azərbaycan Dövlət Musiqili Teatrında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəşr etdirdiyi "Əlillik Qüsur Deyil" kitab-albomunun və əlilliyi olan şəxslərin əl işlərindən ibarət hazırlanmış hədiyyələrin təqdimatı keçirilib.

Nazirlikdən verilən məlumata görə, "Əlillik Qüsur Deyil" kitab-albomunda Ümummilli lider Heydər Əliyevin fiziki məhdudiyyətli insanlara, onların sosial müdafiəsi və reabilitasiyasına diqqət və qayğısından, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən əlilliyi olan şəxslərin sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində atılan addımlardan, birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əlillliyi olan şəxsləri və sağlamlıq imkanları məhdud uşaqları da əhatə edən nəcib və xoşməramlı layihələrindən bəhs olunub.

Kitab-albomda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sosial xidmət müəssisələrinin sakinlərinə qayğısı, onlarla keçirdiyi görüşlər də əksini tapıb.

Eyni zamanda, kitab-albomda yaradıcılıq potensialına sahib olan, incəsənətin müxtəlif növləri ilə məşğul olan 60-a yaxın fiziki məhdudiyyətli insan barədə məlumatlar və onların yaradıcılıq nümunələri əksini tapır. Azərbaycan idmanı üçün yenilik olan Boccia İdman Federasiyası və boccia idman növü ilə məşğul olan fiziki məhdudiyyətli insanlar, onların uğurları, həmçinin, ilk inklüziv teatr olan ƏSA teatrı, onun əlilliyi olan şəxslərdən ibarət yaradıcı heyəti, hazırladıqları tamaşalar və s. barədə kitab-albomda məlumatlar yer alıb. 278 səhifəlik kitab-albomdakı mətnlər həm Azərbaycan, həm də ingilis dilində təqdim olunur. Kitab-albomun gələcəkdə başqa dillərdə də nəşri nəzərdə tutulub.

"Əlillik Qüsur Deyil" kitab-albomu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət tarixində nazirliyin nəzdindəki sosial müəssisələrin sakinlərinin yaradıcı fəaliyyətini, onların yaradıclıq nümunələrini kitab-albom kimi əhatə edən ilk nəşrdir. Gələcəkdə bu kitab-albom əsasında yaradıcılıqla məşğul olan əlilliyi olan şəxslərin elektron reyestrinin, daha sonra həmin reyestr əsasında onlar üçün əl işlərinin satışı portalının yaradılması da nəzərdə tutulur.

CEYHUN

 





05.12.2018    çap et  çap et