525.Az

Ağa-Bala Hacıyevə Prezidentin fərdi təqaüdü verildi


 

Ağa-Bala Hacıyevə Prezidentin fərdi təqaüdü verildi<b style="color:red"></b>

Prezident İlham Əliyev Ağa-Bala Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Ağa-Bala Şamxal oğlu Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.

 





05.12.2018    çap et  çap et