525.Az

Müdafiə naziri cəbhəboyu zonada yerləşən tank hərbi hissəsinin açılışında


 

Müdafiə naziri cəbhəboyu zonada yerləşən tank hərbi hissəsinin açılışında <b style="color:red"></b>

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti bır sıra hərbi təyinatlı obyektlərdə olub.

Nazirlikdən verilən məlumata görə, ön xətdə yerləşən tank hərbi hissəsinin açılışında iştirak edən Müdafiə naziri burada yaradılan şəraitlə tanış olub və müvafiq göstərişlər verib.

Yeni tikilən inzibati və xidməti obyektlərə, həmçinin burada saxlanılan hərbi texnikalara baxış keçirən general-polkovnik Z.Həsənov tank heyətlərinin hazırlığını yoxlayıb və zirehli texnikanın döyüş tətbiqi ilə bağlı tapşırıqlar verib.

Sonda Müdafiə naziri tankçılarla birgə nahar edib.

 





06.12.2018    çap et  çap et