525.Az

318 nömrəli tam orta məktəbin 10 illik yubileyi qeyd olunub


 

318 nömrəli tam orta məktəbin 10 illik yubileyi qeyd olunub<b style="color:red"></b>

Bugünlərdə 318 nömrəli tam orta məktəbin 10 illik yubileyi qeyd olunub.

Yubiley tədbirində Suraxanı rayonu İcra Hakimiyyətinin şöbə müdiri Barxudar Barxudarov, Yeni Azərbaycan Partiyasının aparat təşkilat rəhbəri Fərman Rəsulov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin aparıcı məsləhətçisi Camal Bağırov, Suraxanı rayonu Müəllim Azad Həmkarlar təşkilatının sədri Fərhad Həsənov 275, 196 və 327 nömrəli məktəblərin direktorları, məktəbim müəllim və şagird kollektivi iştirak ediblər. Yubiley tədbiri direktor müavini Rəsmiyyə Hüseynovanın hazırladığı ssenari əsasında keçirilib..

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mürsəl Kazımov deyib ki, milli təhsilimizin dirçəlməsi Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan həyatının elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyev zəkasının, Heydər Əliyev əməyinin izi olmasın. İndi bu nailiyyətlər ulu öndərimizin siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra direktor  məktəbin tarixindən, bu günümüzə qədər olan müddətdə qazandığı müvəffəqiyyətlərdən danışıb: “Məktəbimizdə ayrı-ayrı fənlərin tədris vəziyyətinin öyrənilməsinə, müzakirə olunmasına xüsusi diqqət yetirilir. Proqram materiallarının yerinə yetirilməsi müntəzəm olaraq araşdırılır. İstedadlı şagirdlərin aşkar edilməsi, təlim prosesində müasir metod və texnologiyaların tətbiqi diqqət mərkəzində saxlanılır. Ayrı-ayrı fənlər üzrə şagirdlərin bilik səviyyəsi dərs ili ərzində öyrənilərək təhlil edilir. Çalışırıq ki, bundan sonra da üzərimizə düşən vəzifəni layiqincə doğruldaq, cəmiyyət üçün ən dəyərli, bilikli və vətənpərvər vətəndaşlar hazırlayaq”.

Direktor vurğulayıb ki, son illər qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan şagirdlərin sayında artım müşahidə olunur: “Məktəbi bitirən məzunların qəbul  imtahanlarında yüksək nəticə göstərməsi bizi çox sevindirir”.

Sonra məktəbin keçdiyi tarixi yoldan və bugünkü fəaliyyətindən bəhs edən video - çarx nümayiş olunub. Tədbirdə iştirak edən qonaqlar da çıxış edərək məktəbin 10 illik yubileyi münasibətilə məktəb kollektivini və iştirakçıları təbrik ediblər.

Qeyd edək ki, tədbir 2 “c” və 2 “ç” sinif şagirdlərinin və N.Firuzə, S.Səadət, A.Rübabə müəllimənin iştirakı və təşkili ilə keçirilib. Şagirdlərin hazırladıqları mahnı və rəqs kompozisiyaları ilə davam edib.

 





06.12.2018    çap et  çap et