525.Az

Günay Əfəndiyeva III Dünya Turizm və Mədəniyyət Konfransında - Fotolar


 

Günay Əfəndiyeva III Dünya Turizm və Mədəniyyət Konfransında - <b style="color:red">Fotolar </b>

Xəbər verildiyi kimi, 3-5 dekabr tarixlərində Türkiyənin İstanbul şəhərində III UNWTO – UNESCO Ümumdünya Mədəniyyət və Turizm Konfransı keçirilib.

Tədbirdə müxtəlif ölkələrdən gələn mədəniyyət və turizm nazirləri, beynəlxalq təşkilatların rəhbərləri, dünya turizm və mədəniyyət sahəsində aparıcı mütəxəssislər iştirak edib.

Konfransda Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ve BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) baş katibi Zurab Pololikaşvilinin dəvəti ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva da iştirak edib.

Konfrans çərçivəsində G.Əfəndiyeva həmkarları, o cümlədən, UNWTO, ISESCO, IRCICA, TÜRKSOY-un rəhbərləri ilə görüşüb, gələcək fəaliyyətə dair fikir mübadilələri aparıb.

Qeyd edək ki, konfrans Türkiyə Mədəniyyət və Turizm nazirliyi, UNWTO və UNESCO tərəfindən birgə təşkil olunub.

Tədbirin açılışında Malta prezidenti Marie Louise Coleiro Preca fəxri qonaq qismində yer alıb.

Tədbirdə iqtisadi artım, sosial inkişaf, turizm və mədəniyyətin qorunması sahəsində birgə əməkdaşlıq imkanlarının müəyyən edilməsi üzrə müzakirələr aparılıb.

 





06.12.2018    çap et  çap et