525.Az

AQTA-da süd və süd məhsulları istehsalçıları ilə görüş keçirildi


 

AQTA-da süd və süd məhsulları istehsalçıları ilə görüş keçirildi<b style="color:red"></b>

Dünən Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları İctimai Birliyi ilə görüş keçirilib.

AQTA-dan verilən məlumata görə, görüş zamanı ölkədə süd və süd məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Onlara süd və süd məhsullarının idxalı və ixracının tənzimlənməsi, qeydiyyatsız və eləcə də müvafiq sertifikatsız süd və süd məhsullarının yaratdığı məsuliyyət barədə məlumat verilib.

Eyni zamanda, sahibkarlar süd məhsullarının istehsalında minimum tələblərin təmin edilməsi, onların qablaşdırılması və etiketlənməsi, eləcə də qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu arasında əməkdaşlıq barədə məlumatlandırılıb.

AQTA-nın fəaliyyət istiqamətləri barədə sahibkarlara məlumat verən agentliyin sədr müavini Balarəhim Quliyev qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyata alınmasının vacibliyini vurğulayıb. B.Quliyev sahibkarları prosesdə aktiv iştirak etməyə çağırıb.

Agentliyin sədrinin müşaviri Elxan Mikayılov diqqətə çatdırıb ki, topdan və pərakəndə satış məntəqələri sahibkarlardan yalnız qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reysterindən çıxarışını tələb edə bilərlər.

Sonda sahibkarların sualları cavablandırılıb və onların qarşılaşdıqları problemlərin həlli istiqamətində fikir mübadiləsi aparıb.

C.ABASOV

 





06.12.2018    çap et  çap et