525.Az

Petronas Bakı Ali Neft Məktəbinə 2 təqaüd ayırdı


 

Petronas Bakı Ali Neft Məktəbinə 2 təqaüd ayırdı<b style="color:red"></b>

Malayziyanın “Petronas” şirkəti Bakı Ali Neft Məktəbi (BANM) üçün təqaüd ayırıb.

təqaüdün ayrılması neft-qaz sektorunda dünyanın aparıcı şirkətinin “Petronas Təhsil Sponsorluq Proqramı” çərçivəsində reallaşıb.

“Bu günün öyrənənləri, sabahın liderləri” şüarı altında həyata keçirilən proqram “Petronas” şirkətinin imtahan və xüsusi müsabiqələrdə uğur qazanan tələbələrə Malayziyada təhsil almaq şansı verir.

Proqram çərçivəsində xüsusi seçilmiş tələbələr Malayziyada Petronas Texniki Universitetində təhsil alacaqlar.

Artıq BANM-in ikinci kurs tələbələri Əli Yusifov və Elnur Şahbalayev şirkət tərəfindən seçilərək təhsil almaq üçün Malayziyaya yola düşüblər.

Şirkət tələbələrin təhsil haqqı, yataqxana xərclərini ödəyəcək və hər ay təqaüdlə təmin edəcək.

 





07.12.2018    çap et  çap et