525.Az

AYB-nin Xəzər Bölməsindən yeni kitab


 

AYB-nin Xəzər Bölməsindən yeni kitab<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Xəzər Bölməsi əruz ədəbiyyatı silsiləsindən növbəti kitabı çap etdirib.

Bu həftə Bölmənin şeir məclisi AYB üzvü Əşrəf Pirşağılının "Sən də gəl" kitabının təqdimatına həsr edilib. Mərasimi giriş sözü ilə Bölmə sədri Arif Buzovnalı açıb, qurumun məramlarından, fəaliyyətindən danışıb. Deyib ki, bu nəşrlər yerli ədəbi mühitin canlanmasında, əruz ölçülü şeirin daha da sevilməsində öz rolunu oynayacaq.

Daha sonra tədbiri müasir dövrdə əruzun təlim və təbliğində xüsusi rol oynayan Bölmənin üzvləri davam etdiriblər, şairin kitabda yer alan əsərlərindən nümunələr səsləndiriblər.

Azərbaycan Avrasiya Kitabxanalar Asssambleyasının toplantısında təmsil olunub

Dekabrın 5-də Rusiya Dövlət Kitabxanasında Avrasiya Kitabxanalar Asssambleyası üzvlərinin növbəti - 21-ci ümumi iclası keçirilib. Tədbirdə Azərbaycanı Milli Kitabxananın direktoru, Avrasiya Kitabxanalar Assambleyasının vitse-prezidenti Kərim Tahirov təmsil edib. İclasda Assambleyanın cari fəaliyyətinin, kadr məsələlərinin və yaxın 2 il üçün fəaliyyəti müzakirə olunub. İclasın gündəliyinə əsasən 2018-ci il üçün baş direktorun hesabatı dinlənilib, maliyyə hesabatı, üzvlük haqlarının həcmi təsdiq edilib, MDB-yə üzv dövlətlərin milli kitabxanalarının əsas istiqamətlər üzrə birgə fəaliyyət strategiyası, vahid biliklər mühitinin qurulması, fondların formalaşdırılması və inkişafı, kitab abidələri ilə iş, kütləvi kitabxanalar şəbəkəsinin inkişafı, professional tədris proqramlarının işlənməsi  istiqamətləri üzrə müzakirələr aparılıb.

Sonda 2019-2022-ci illər üçün Avrasiya Kitabxanalar Assambleyasının baş direktoru vəzifəsinə seçki olub, XXII ümumi iclasın keçirilmə yeri və vaxtı müəyyənləşdirilib.

Həmçinin, MDB-nə üzv ölkələrin Kitabxanalararası abonement üzrə Bölməsinin 9-cu yığıncağı olub. Yığıncaqda səlahiyyətli nümayəndələrin siyahısı, 2019-cu il üçün Bölmənin tədbirlər planı təsdiq edilib, Bölmənin hesabatına baxılıb.

ŞAHANƏ

 





07.12.2018    çap et  çap et