525.Az

Mədəniyyət naziri Ceyhun Hacıbəylinin varisləri ilə görüşdü


 

Mədəniyyət naziri Ceyhun Hacıbəylinin varisləri ilə görüşdü<b style="color:red"></b>

Mədəniyyət naziri Əbülfəs Qarayev görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Ceyhun Hacıbəylinin Bakıda səfərdə olan varisləri Paskal Hacıbəyli Buşe və Benjamin Hacıbəyli ilə görüşüb.

Nazirlikdən 525.az-a verilən məlumata görə, görüşdə Ə.Qarayev dahi bəstəkar Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətindəki xüsusi yerindən danışıb və onun adı ilə bağlı keçirilən beynəlxalq festival, konfrans və tədbirlərlə bağlı qonaqlara məlumat verib.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin silsilə tədbirlərlə qeyd edildiyi haqqında danışan nazir görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin bu sahədəki xidmətlərini xüsusi vurğulayıb.

Eyni zamanda, nazir, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Ceyhun Hacıbəylinin 125 illik yubileyi şərəfinə Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunan “Nuri-didə Ceyhun” pyesi haqqında məlumat verib. Qeyd edib ki, Ceyhun Hacıbəyli obrazının canlandırıldığı bu tamaşa onun məşəqqətli mühacirət həyatından və Cümhuriyyətimizin keçdiyi çətin, lakin şərəfli mübarizə yolundan bəhs edir.

Ceyhun Hacıbəylinin həyat yoldaşı Paskal Hacıbəyli Buşe səmimi qəbula görə nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirərək məmnunluğunu ifadə edib.

 





07.12.2018    çap et  çap et