525.Az

Son 11 ayda AÇG blokundan 8 milyard 960 milyon ABŞ dolları gəlir götürülüb


 

CARİ İL ƏRZİNDƏ ŞAHDƏNİZ YATAĞI ÜZRƏ KONDENSATIN SATIŞINDAN İSƏ 222 MİLYON DOLLAR GƏLİR ƏLDƏ OLUNUB

Son 11 ayda AÇG blokundan 8 milyard 960 milyon ABŞ dolları gəlir götürülüb<b style="color:red"></b>

Cari ilin dekabrın 1-dək Azəri-Çıraq-Günəşli (AÇG) neft yataqları bloku üzrə əldə olunan ümumi gəlirlər (2001-ci ildən etibarən) 137 milyard 446 milyon ABŞ dollarına yüksəlib.

Azərbaycan Dövlət Neft Fondundan verilən məlumata görə, son 11 ay ərzində AÇG blokundan 8 milyard 960 milyon ABŞ dolları gəlir götürülüb.

Cari ilin yanvarın 1-dən dekabrın 1-dək Şahdəniz yatağı üzrə kondensatın satışından 222 milyon ABŞ dolları gəlir əldə olunub.

Ümumilikdə, 2007-ci ildən etibarən, Şahdəniz yatağı üzrə qazın satışından 2 milyard 506 milyon ABŞ dolları gəlir götürülüb.

CEYHUN

 





07.12.2018    çap et  çap et